Xəbər lenti

İdmançımız Türkiyədə 4-cü oldu
İdman 15:02 27.10.2021

İdmançımız Türkiyədə 4-cü oldu

MTB idmançılarımız Aqşin Bağırlı və Orxan Məmmədov Türkiyənin Kappadokiya bölgəsində təşkil olunan "Red Bull Dawn till Dusk” yarşında çıxış ediblər.
 
Azərbaycan Velosiped İdmanı Federasiyasından Qaynarinfo-ya verilən məlumata görə 35 km və 4 mərhələdən ibarət olan yarış MTB-nin "Downhill", "Enduro" və "Cross Country" növlərini əhatə edib.
 
1, 2 və 4-cü mərhələlərdə 6-cı olan Aqşin Bağırlı 3-cü mərhələni 2-ci yerdə tamamlayıb və 138 iştirakçı arasında 300 xalla 4-cü yeri tutub. Orxan Məmmədov isə 4 mərhələnin yükununda 11-ci nəticə göstərib.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->