Dünya 17:27 26.09.2022

İjevskdə ölənlərin sayı 15-ə çatdı: 11-i uşaqdır (YENİLƏNİB)

Rusiyanın İjevsk şəhərində orta məktəbdə atışma nəticəsində ölənlərin sayı 15-ə çatıb.

Qaynarinfo Rusiya İstintaq Komitəsinə istinadən xəbər verir ki, silahlı atışma nəticəsində 11-i uşaq olmaqla 15 nəfər həlak olub, 23 nəfər yaralanıb.
 
14.08

Rusiyanın İjevsk şəhərinin Puşkinskaya küçəsində yerləşən 88 saylı məktəbdə naməlum şəxs tərəfindən açılan atəş nəticəsində ölənlərin sayı 13-ə çatıb. Onlardan 7-si uşaqdır.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsi məlumat yayıb.

"İlkin məlumatlara görə, cinayətin qurbanı olan 13 nəfər, o cümlədən 6-sı böyük, 7-si azyaşlı olub. 14-ü uşaq və 7-si böyük olmaqla 21 nəfər xəsarət alıb. Ölən və yaralananlar barədə məlumat dəqiqləşdirilir. Hücum edən şəxs intihar edib. Hazırda onun üzərində nasist simvolları olan qara köynək geyindiyi müəyyən edilib. Onun yanında heç bir sənəd olmayıb, hazırda şəxsiyyəti ilə bağlı məlumatlar müəyyənləşdirilir”, deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, İjevsk şəhərində məktəbdə baş vermiş atışma nəticəsində ölənlər üçün Udmurtiyada matəm elan edilib. 

Nizami Bağırov