Yaxın Şərqdəki müharibədən ən çox zərər çəkən ölkələrdən biri Qətərdir. Hazırda dövlət şirkəti "Nakilat”a məxsus qaz tanker donanması problem yaşayır, çünki əksər gəmilər işləmir və bu, şirkətə böyük itkilər gətirir.
Qaynarinfo WNP nəşrinə xəbər verir ki, Hörmüz boğazının bloklanmasından sonra dünya üzrə ikinci ən böyük LNG ixracatçısı Qətər xammal hasilatını dayandırmağa məcbur olub. Ras-Laffan qurğuları artıq bir həftədən çoxdur fəaliyyət göstərmir.
"Nakilat” dünyanın ən böyük qaz tanker operatorudur. Şirkət bu tip 70 gəmiyə nəzarət edir ki, bu da təxminən 10%-lik bazar payına bərabərdir. Şirkət 14 Q-Max tipli gəmi (345 metr uzunluğunda və 266 min m³ maye qaz tutumu), 31 Q-Flex (315 metr uzunluğunda, təxminən 210 min m³ qaz) və 24 daha kiçik qaz tankerini idarə edir.
Hazırda əksər gəmilər işsizdir və məlumatlarda tez-tez "təlimat gözləyir” statusu görünür. Bu praktiki olaraq o deməkdir ki, gəmilər boşdur və "Nakilat” rəhbərliyi gələcək addımları müəyyən etməlidir.
Bundan əlavə, şirkətin altı gəmisi Fars körfəzində, Birləşmiş Ərəb Əmirlikləri sahillərinə yaxın ankrlarda qalıb, bir çox digər gəmilər kimi. Bir neçə gəmi boğazın digər tərəfində ankrlarda dayanaraq giriş fürsəti gözləyir.
Əsl "gözləmə zonası” Malakka boğazı və ona yaxın sulardır. Burada təxminən on gəmi toplaşıb. Bu sıxlıq Asiya ölkələrinin Qatardan LNG-nin əsas istehlakçısı olması ilə bağlıdır. Qatarlılar üçün Sinqapur təhlükəsiz liman sayılır və lazım gələrsə, gəmlərin təmiri burada həyata keçirilə bilər.
Hörmüz boğazından keçidin mümkün olmaması "Nakilat” donanması üçün milyonlarla dollarlıq xərclər deməkdir. Ümidverici tərəf odur ki, qaz tanker bazarı hələ də böyüyür və bəlkə də "Nakilat” donanasının bir hissəsi iş tapa bilər. Məsələn, bu gəmilər Avstraliyadan Asiyaya LNG daşıya bilər – Avstraliya dünyada üçüncü ən böyük LNG istehsalçısıdır.
Aydın
Şərhlər