Xəbər lenti

Yaşayış binasında yanğın: 7 nəfər tüstüdən zəhərləndi (VİDEO)
Video 12:47 17.03.2026

Yaşayış binasında yanğın: 7 nəfər tüstüdən zəhərləndi (VİDEO)

Bakıda yaşayış binasında yanğın baş verib.

Bu barədə Qaynarinfo-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.

Yanğın genişlənmədən qısa müddətdə söndürülüb. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib ki, baş verən yanğında 7 nəfər zəhərlənib. Qeyd olunub ki, çağırış ünvanına 4 təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 7 nəfər (5 böyük, 2 uşaq) tüstüdən zəhərlənmə diaqnozu ilə Toksikologiya Mərkəzinə hospitalizasiya olunub.

--> -->