Bu ilin yanvar-fevral aylarında Azərbaycan İtaliyaya 1 142 037,8 min ABŞ dolları dəyərində 2 427 849,63 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.
APA-nın Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında (ixrac edilən neftin həcminə və dəyərinə görə - red.) ikinci yerdə Rumıniya qərarlaşıb. Hesabat dövründə, bu ölkəyə 140 706,79 min dollar dəyərində 286 280,92 ton neft ixrac edilib.
Azərbaycanın neft ixracı üzrə siyahıda (həcm və dəyərinə görə) üçüncü yerə Portuqaliya tutur. Yanvar-fevral aylarında bu ölkəyə 112 357,89 min dollar 223 549,41 ton neft ixrac edilib.
Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 10-dan çox ölkəyə 1 704 408,42 min dollarlıq 3 600 307,38 ton neft ixrac edib.
Azərbaycanın bu ilin yanvar-fevral aylarında neft ixrac etdiyi ölkələrə dair tərtib etdiyi reytinqi (ixrac edilən neftin dəyərinə və həcminə görə) təqdim edirik:
Şərhlər