Xəbər lenti

İki dəfə boşanan əməkdar artist gizli toy etdi (VİDEO)
Video 15:32 27.12.2018

İki dəfə boşanan əməkdar artist gizli toy etdi (VİDEO)

Tanınmış pianoçu, əməkdar artist Emil Əfrasiyab özünə gizli toy edib.

Qaynarinfo yenicag.az-a istinadən xəbər verir ki, o, ötən gün müğənni Leyla Babayeva ilə ailə həyatı qurub. Toyda Leyla həyat yoldaşı üçün "Sevgilim” mahnısını ifa edib.

Qeyd edək ki, bu, sənətçinin üçüncü evliliyidir. Emilin ilk evliliyindən bir qız, ikinci evliliyindən isə iki oğlan övladı var.

Onun ikinci həyat yoldaşı xalq artisti, tanınmış bəstəkar Oqtay Zülfüqarovun nəvəsidir. Müğənni Ədalət Şükürov da sənət dostunun şad günündə iştirak edib.

Toydan eksklüziv görüntüləri təqdim edirik:

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->