İdman 17:41 21.06.2023

İki liqanın başlama tarixi və oyunçu limiti məlumdur

Futbol üzrə Azərbaycan I Liqa və Əvəzedicilərin çempionatının başlama tarixləri, həmçinin, oyunçu limitləri bəlli olub.

Qaynarinfo-nun Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, I Liqa 13 sentyabrda start götürəcək.

Bu turnirdə futbolçu limiti 8+3 (8 azərbaycanlı, 3 legioner) olacaq.

Əvəzedicilərin yarışı Premyer Liqanın startından bir gün sonra – 5 avqustda başlayacaq. Burada isə limit 7+4 (7 yerli futbolçu 2002 və ya daha gənc təvəllüdlü, 4 futbolçu sərbəst olacaq. 4 futbolçu arasında legionerin yer almasına da icazə verilib.
 
Səbuhi Həsənov