Xəbər lenti

İkinci Dünya Müharibəsində cəsusluq edən 5 məşhur insan
Dünya 15:28 01.12.2017

İkinci Dünya Müharibəsində cəsusluq edən 5 məşhur insan

II Dünya Müharibəsi zamanı ABŞ təxminən 13 min adamı işə götürüb. Həmin şəxslərin işi cəsusluq etmək idi. Onların bir çoxunun kimliyi ictimaiyyətə məlum olsa da, bəziləri cəsusluqları ilə deyil, daha çox normal həyatdakı fəaliyyətləri ilə tanınırlar.

Qaynarinfo faşizmə qarşı mübarizə apararaq gizli məlumatları müttəfiq qoşunlarına ötürən 5 məşhur şəxsi sizlərə təqdim edir:
 
Cozefina Beyker

1906-cı ildə ABŞ-ın Missuri ştatının qərbində yerləşən Müqəddəs Luis şəhərində bir qız dünyaya gəlir. Onun adı Freda Cozefina McDonald idi. Bəli, məşhur rəqqas Cozefina Beyker. Kasıb bir ailədə böyüyən həmin qız rəqsə başlayaraq ABŞ-da turlara qatılır. 1925-ci ildə Parisə köçür və Avropanın caz çağının ən tanınmış simasına çevrilir. Müharibə illərində Cozefina Fransanın mübarizə tarixinə yazılacaq önəmli rol oynayır. O, sənəti ilə əlaqədar Avropanın hər tərəfini gəzib konsertlər verə bildiyindən, bundan istifadə edərək hərbi və siyasi məlumatlar da toplayaraq partizanlara ötürür. Cozefina əldə etdiyi məlumatları görünməz mürəkkəblə yazıb göndərirdi. Bununla bərabər Fransanın cənubunda almanların zülmündən qaçan bir çox yəhudinin də gizlədilməsə böyük dəstək verib.

Qraham Qriin

Böyük Britaniyada doğulan Qraham Qriin 1941-ci ildən MI6-da (İngiltərənin Gizli Kəşfiyyat Xidməti) çalışmağa başlayır. 1 il boyunca Sierra Lione və Fritaunda xidməti vəzifəsini yerinə yetirir. Buradakı vəzifəsi Afrikadan Almaniyaya gedən gəmiləri yoxlamaq idi. O, gəmilərdə almas və sənədlər axtarır, eyni zamanda da Fransa Qvineyasındakı Viçi hərəkatının fəaliyyətlərini izləyirdi. Qraham Qriin bu illərdəki fəaliyyəti barədə 1948-ci ildə dərc etdirdiyi "The Heart of the Matter" adlı romanını yazıb. 1943-cü ildə Londona qayıdan Qriin MI6-da çalışmağa davam edir. 

"Səssiz Amerikalı", "Havanadakı adamımız", "Komediyaçılar", "Fəxri konsul", "İnsan faktoru" yazıçının ən məşhur əsərləridir.

Roald Dahl

Daha çox "Çarlinin şokalad fabriki" adlı uşaq kitabları ilə tanınan əfsanəvi yazıçı Roald Dahl da İkinci Dünya Müharibəsi illərində cəsusluq edənlər sırasındadır. Müharibədən öncə Kral Hərbi Hava Qüvvələrində təlim görən Roald pilot kimi bir neçə vəzifə icra edir. Bu uçuşların birində təyyarəsi Şimali Afrika çölünə düşür və bununla da hərbi karyerası başa çatır. 1942-ci ildə o, Böyük Britaniyanın Vaşinqtondakı səfirliyində vəzifəyə təyin edilir və burada cəsusluq şəbəkəsinə qatılır. Bu şəbəkədə "Ceyms Bond"un yaradıcısı lan Fleminq də olub. Yazıçının buradakı vəzifəsi müxtəlif propaqandalar təşkil edərək ABŞ-ın İkinci Dünya Müharibəsinə qoşulmasını təmin etmək idi.

Moe Berg 

O dövrdə bezbolun ən önəmli simalarından hesab edilən Moe Berq Nyu-Yorkda doğulub. Müasir dillər üzrə təhsil alıb. "Chicago White Sox", "Cleveland Indians", "Washington Senators", "Boston Red Sox" kimi bir çox komandanın heyətində oynayıb. 1942-ci ildə ABŞ İkinci Dünya Müharibəsinə qatıldıqdan sonra Berq də orduya yazılır və Avropada faşizmə qarşı məlumatlar toplamağa başlayır. Xüsusilə də atom bombasının hazırlanması ilə bağlı önəmli məlumatları ABŞ-a ötürür. 1944-cü ildə Berq İsveçrəyə göndərilir və ona alman fiziki Verner Heizenberqi öldürmək tapşırılır. Lakin Berq faşistlərin atom bombası hazırlamağı bacarmadıqlarını öyrəndikdən sonra fiziki öldürməkdən imtina edir.
 
Culiya Çayld

Kaliforniyada dünyaya gələn məşhur aşpaz, yazçıçı və televiziya aparıcısı Culiya Çayld 1942-ci ildə Los-Ancelesdə Hava Xəbərdarlıq Servisində könüllü olaraq çalışmağa başlayır. Burada o, bir çox düşmən təyyarələrinin hücumunun qarşısının alınmasında yaxından iştirak edir. Bundan sonra Vaşinqtonda dövlət işinə keçən Culiya bir çox gizli təşkilatda çalışır.
 
Çingiz Səfərli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->