Xəbər lenti

İlbizlə bağlı “Mc Donalds”dan nazirliyə sorğu göndərildi
Ekonomiks 18:57 05.03.2014

İlbizlə bağlı “Mc Donalds”dan nazirliyə sorğu göndərildi

“Bununla bağlı Vergilər Nazirliyinə sorğu göndərmişik. Sorğu cavablandırıldıqdan sonra həmin məkanın hüquqi ünvanı, statusu, harada qeydiyyatdan keçdiyini müəyyənləşdirdikdən sonra məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyik” 

Qaynar.info xəbər verir ki, bu sözləri AzNews.az-a “Mc Donalds”da aldığı qidadan ilbis çıxan və məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirən Rolan Məmmədovun vəkili Anar Qasımlı deyib. 

Anar Qasımlının sözlərinə görə, Rolan Məmmədovun bu məsələnin sonuna çatmaq istəyi təqdirəlayiqdir: “Çünki adətən biz belə hadisələrə biganə yanaşırıq. Amma bu cür münasibət bizə xidmət göstərən müəssisələrin diqqətsizliyinə gətirib çıxardır. Bu məsələ isə gələcəkdə onları daha məsuliyyətli olmağa məcbur edəcək”. 

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->