Xəbər lenti

İlham Əliyev baş prokuroru qəbul etdi
Siyasət 16:04 12.06.2013

İlham Əliyev baş prokuroru qəbul etdi

Azərbaycan prezidenti İlham Əliyev iyunun 12-də Türkiyənin baş prokuroru Hesen Erbili qəbul edib.

Qaynar.info-nun məlumatına görə, görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hüquq mühafizə orqanları sahəsində də uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrin daha da möhkəmləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olunub.

Baş prokuror Azərbaycana səfərinin ölkələrin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirib.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->