Xəbər lenti

İlham Əliyev Yevlaxa pul ayırdı
Ekonomiks 20:30 16.09.2013

İlham Əliyev Yevlaxa pul ayırdı

Azərbaycan prezidenti İlham Əliyev Yevlax şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Yevlax şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Yevlax Şəhər İcra Hakimiyyətinə 2,0 (iki) milyon manat ayrılıb.

Prezident daha bir sərəncamla Yevlax şəhərində Olimpiya İdman Kompleksinin tikintisi üçün göstəriş verib.
 
Yevlax şəhərində Olimpiya İdman Kompleksinin tikintisinə başlamaq üçün 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılıb.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->