Xəbər lenti

“İlham Əliyevə heç kim xəyanət edə bilməz“
Siyasət 20:17 21.06.2013

“İlham Əliyevə heç kim xəyanət edə bilməz“

Eldar İbrahimov: "İnsandır da, danışır, ona nə deyəsən?”

Bunu YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Azvision.az-ın oxucularının suallarını cavablandırarkən bildirib.

Millət vəkilinin sözlərinə görə, İlham Əliyev ölkə prezidentidir, ondan hamı razı ola bilməz: “Kiminsə vəzifəsi yoxdur və ya vəzifədən kənarlaşdırılıb, təbii ki, onlar narazı olduqlarını bildirməlidirlər. Bu da demokratik cəmiyyətin qanunlarından biridir, çünki insan azadlığı var. Artıq-əksik fikirlər səsləndirilir, qəzetlərdə yazılır. İnsandır da, danışır, ona nə deyəsən?”

E. İbrahimov qeyd edib ki, bir məmur vətəndaşı incidirsə, o, həmin dəqiqə prezidenti günahlandırır: “Amma prezident neyləsin?! Prezident Nazirlər Kabinetinin iclasında öz tapşırıqlarını verdi. İnsanlıqdan, mədəniyyətdən, təvazökarlıqdan dərs keçdi məmurlara. Məmur qudurğanlıq edirsə, yolunu azırsa, buna prezident neyləsin? İnsanlarımızdan asılıdır, gərək prezidentin ətrafında olan insanlar davranışlarına fikir versinlər”. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->