"Ukrayana-Azərbaycan münasibətləri daima yüksələn xətlə inkişaf edən münasibətlər olub. Son 30 ilin, yəni hər iki ölkənin müstəqillik tarixinin bütün mərhələlərinə nəzər salsaq, görəcəyik ki, bu münasibətlər həm də universal və çoxşaxəli hesab edilə bilər. Yəni sosial-iqtisadi, hərbi sahədən tutmuş mədəni humanitar sahələrə qədər bütün sferaları əhatə edib".
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Prezident İlham Əliyevin Ukraynaya səfərini şərh edərkən deyib.
Deputatın fikirincə, Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynanı dost ölkə adlandırıaraq Taras Şevçenkonun da adını çəkməsi, Bakıda Ukrayna Meydanı olduğunu dilə gətirməsi və s. təsadüfi deyil:
"Hazırda isə iki ölkə arasında münasibətlərin daha da dərinləşməsi və inkişaf edtdirilməsi şərtləri formalaşıb və bu hər iki ölkənin maraqları çərçivəsindədir. Əgər bu perspektivlər bir tərəfdən Azərbaycanın yaratdığı yeni reallıqlar və onun böyüyən iqtisadiyyatı, idxal-ixrac imkanları ilə bağlıdırsa, başqa bir tərəfdən dünyada baş verən yeni qlobal çağırışlarla bağlıdır ki, buraya da çoxsaylı iqtisadi-siyasi faktorlar daxildir. Elə iki ölkə arasında imzalanan sənədlərə baxdıqda da bunları aydın görmək olur. Rəsmi səsləndirilən rəqəmlərə baxdıqda iki ölkə arasında ticari dövriyyənin təqribən bir milyard dollar ətrafında olduğu dilə gətirildi. Ancaq potensial bu rəqəmdən dəfələrlə çoxdur. Xüsusilə aqrar və aqrar-sənaye sektorunda, neft və digər enerji daşıyıcıları istiqamətində, ağır sənaye, maşınqayırma və nəqliyyat-tranzit sahəsində belə imkanlar olduqca böyük potensiala malikdir".
Hikmət Babaoğlu bildirib ki, 2024-cü ilə qədər ticari dövriyyənin daha da artırılması məqsəd kimi müəyyənləşdirilib:
"İmzalanan sənədlər qida təhlükəsizliyi, ikitərəfli ticarətdə təcili əməkdaşlıq, aqrar və energetika sahələrini nəzərdə tutur ki, hazırki mərhələdə bu sahələrin hər biri özlüyündə olduqca aktualdır. Postpandemiya iqtisadiyyatı yeni keyfiyyət və yeni yanaşmalar tələb edir. Bu mənada qida təhlükəsizliyi və aqrar sektorun inkişafı təhlükəsiz ərzaq təminatı baxımından olduqca əhəmiyyətlidir. Ona görə də səfər real iqtisadi münasibətlərdə öz nticələrinin qısa müddətdə verməklə gələcək üçün daha yaxşı perespektivlər yaradacaq".
Bahar Rüstəmli
Şərhlər