Xəbər lenti

Dünya 11:47 23.10.2020

İlk dəfə Rusiyaya qarşı kibersanksiyalar tətbiq edildi: Şübhəlilər QRU-da işləyib

Avropa Birliyi ilk dəfə təşəbbüskarı Rusiya hesab edilən kiberhücumlara cavab olaraq sanksiyalar tətbiq edib. AB 2015-ci ildə Bundestaqa (Alman parlamenti) edilən bir kiber hücuma reaksiya verib.

 

Qaynarinfo RİA Novosti-yə istinadla xəbər verir ki, kiber sanksiyalarda təqsirləndirilənlər siyahısına QRU-nun 85-ci Baş Xüsusi Əməliyyat Mərkəzinin işçiləri İgor Kostyukov və Dmitri Badin və bu mərkəzin özü daxildir.


Alman kəşfiyyatına görə Badin kiber əməliyyatın rəhbəri olub və "Fancy Bear” haker qrupu ilə əlaqəlidir.


Hər iki rusun indi hərbi kəşfiyyatda işləməyə davam edib-etmədiyi bildirlmir. Eyni təqsirləndirilən şəxslərə qarşı sanksiyalar artıq AB üzvü olmayan İngiltərə tərəfindən də tətbiq edilib.

 

Bundan əvvəl İngiltərə və ABŞ altı Rusiya vətəndaşını kiber hücumlarda günahlandırmışdı.

 

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->