Xəbər lenti

Şimşək çaxıb, leysan xarakterli yağış yağdı - FAKTİKİ HAVA
Ölkə 11:14 17.07.2024

Şimşək çaxıb, leysan xarakterli yağış yağdı - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
 
Qaynarinfo xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
 
İyulun 17-si saat 10:00-a olan məlumata görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin iyulun 16-sı günün ikinci yarısında bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
 
Düşən yağıntının miqdarı Şahdağda 11 mm, Qrız, Xınalıqda 5 mm, Şəki, Xaltan, Şabran, Qusar, Altıağac, Daşkəsən, Göygöl, Oğuz, İsmayıllı, Yevlax, Göyçayda 3 mm-dək olub.
 
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35, Naxçıvan MR-da 35, Aran rayonlarında 36, dağlıq rayonlarda 28 dərəcəyədək isti olub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->