Xəbər lenti

Çin səddindən sonra ikinci ən böyük sədd Azərbaycandadır (FOTOLAR)
Foto 19:18 11.06.2019

Çin səddindən sonra ikinci ən böyük sədd Azərbaycandadır (FOTOLAR)

Azərbaycanın tarixi abidəsi olan Çıraqqala yaxın vaxtlarda təmir ediləcək.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, IV-VI əsrlərdə Sasani hökmdarları tərəfində müdafiə məqsədilə tikilən qala uzun illərdir təbii fəlakətlər nəticəsində dağılmağa məruz qalıb.

Çıraqqalanın yerləşdiyi möhtəşəm Gilgilçay səddi, bəzi mənbələrə görə, Çin səddindən sonra dünyada ikinci nəhəng müdafiə istehkamıdır.  

Çıraqqala, mərkəzi qala da daxil olmaqla, 17 bürcdən ibarət düzbucaqlı formasındadır. Hazırda bu bürclərdən dördü salamat qalıb. Baş qüllə hündürlüyü 120 metr olan sıldırım qaya üzərində ucalır.

Böyük İpək yolunun qorunması məqsədi daşıyan Gilgilçay müdafiə səddinin ən yüksək nöqtəsi olan Çıraqqala dünya əhəmiyyətli tarix və mədəniyyət abidələri sırasındadır. Yaxın günlərdə ərazidə təmir işlərinə başlanılması planlaşdırılır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->