Xəbər lenti

İnadkar uşaqlarla necə davranmaq lazımdır?
Ölkə 23:50 24.03.2019

İnadkar uşaqlarla necə davranmaq lazımdır?

Uşaqlarda inadkarlıq duyğusu 2-3 yaş aralığında artır. Bu yaşda uşaqlar özlərini valideynlərinə qəbul etdirmə başlayırlar. Valideynlər evdə idarəni əldə tutmaq üçün uşağın inadkarlığı ilə mübarizə aparmağı bacarmalıdırlar.

Uşaqlardakı inadkarlığı necə dəf etməli?

Uşaqlarda görünən inadkarlıq duyğusunun öhdəsindən gəlməyin ən yaxşı yolu bu mövzunun üstündə dayanmamaqdır. Əgər uşağın inadkarlığını diqqətə alsanız, uşaqlar istəklərini qəbul etdirməyə çalışacaqlar. İnadkarlıqla istədiyini yerinə yetirmək istəyirsinizsə, ona bunu deyin "dediyini edək, amma sən də mənim üçün bunu etməlisən”. Bununla, övladınız heç nəyin asan əldə edilə bilməyəcəyini başa düşəcək.

Qəbul edilməyəcək bir istəyi varsa, sakit və qərarlı halda rədd edin. Uşağınız daha çox inadkarlıq edib, istəyini reallaşdırmağa çalışacaq. Bu halda geri addım atmayın. Uşağın inadkar olmağı o qədər də pis hal deyil. Bu uşağın gələcək öz istəkləri üçün necə əzmkar olacağını göstərəcək.(bağçam.az)

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->