Çinin materik hissəsinin (Honq Konq, Makao və Tayvan istisna olmaqla) əhalisi 2019-cu ilin sonunda 1 milyard 400 milyon 50 min nəfər təşkil edib.
Qaynarinfo xəbər verir ki, ÇXR Dövlət Statistika İdarəsinə (GSO) görə, 2018-ci illə müqayisədə əhalinin artımı 4,67 milyon nəfər təşkil edib.
Eyni zamanda kişilər üçün 715 milyon 270 min, qadınlar üçün 684 milyon 780 min artım qeyd edilib.
Şəhər əhalisinin sayı 848.43 milyona çatdığı halda, kənd əhalisi il ərzində 551.6 milyona qədər azalıb.
Alpər
Şərhlər