İndoneziyada 7,3 bal gücündə zəlzələ baş verib.
Qaynarinfo ABŞ Geoloji Xidmətinə istinadla xəbər verir ki, yeraltı təkanların episentri Sofifi yaşayış məntəqəsindən 152 kilometr cənub-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.
Şərhlər