İdman 12:51 24.11.2022

İngiltərə Futbol Assosasiyası Ronaldonu cəzalandırdı

İngiltərə Futbol Federasiyası "Mançester Yunayted"lə yollarını ayıran Kriştiano Ronaldoya iki oyunluq cəza verib.

Qaynarinfo-nun məlumatına görə Assosiasiya aprel ayında bir azarkeşlə yaşanan insident səbəbindən Kriştianu Ronaldonu 2 oyundan kənarlaşdırdığını və 50 min funt-sterlinq cərimələdiyini açıqlayıb. Ronaldo başqa bir Premyer Liqa komandasına transfer olunsa, o, ilk iki oyununda meydana çıxa bilməyəcək.

"Mançester Yunayted”də 346 oyun keçirən portuqaliyalı ulduz 145 qola imza atıb.

İngiltərə klubundakı ilk dövründə (2003-2009) bir UEFA Çempionlar Liqası və üç Premyer Liqa kuboku qazanan Ronaldo, baş məşqçi Erik ten Haqın rəhbərlik etdiyi komandada ilk 11-liyə düşmək üçün mübarizə aparırdı.

Səbuhi Həsənov