İdman 20:10 28.01.2022

Çingiz Allazov “One Championship” Dünya Qran Prisinin finalına çıxdı

Azərbaycan əsilli Belarus kikboksçusu Çingiz Allazov Sinqapurda keçirilən "One Championship” Dünya Qran Prisi yarışının finalına vəsiqə qazanıb.

O, turnirin yarımfinalında erməni Marat Qriqoryanın COVID-ə yoluxmasından sonra onu əvəz edən taylandlı döyüşçü Co Nattavutu məğlub edib.

Çinqa ləqəbi həmyerlimiz artıq birinci raundun ikinci dəqiqəsində həmkarını nokaut edib.

Digər yarımfinalda da qalib müəyyənləşib. Gürcüstanlı Davit Kiria ilə döyüşü tam olaraq başa vuran daha bir taylandlı Sittiçay Sitsonqpinonq hakimlərin yekdil qərarı ilə qalib elan edilib.

Beləliklə, Çingiz yüngül çəkidə çempion adı uğrunda məhz sonuncu ilə döyüşəcək.

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?