Xəbər lenti

Texnologiya 19:05 05.09.2018

"Instagram" alış-veriş üçün xüsusi əlavə yaradacaq

"Instagram" şirkəti alış veriş üçün xüsusi əlavə hazırlayır.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Verge" nəşri məlumat yayıb.

Məlumata görə, yeni əlavə "IG Shopping" adlanacaq. Bu əlavə vasitəsilə istifadəçilər şirkətlərin təqdim etdikləri məhsullara baxa və elə oradaca online ödəniş etməklə istədikləri məhsulu ala biləcəklər.

Lakin "Instagram" bu məlumatla bağlı şərh verməkdən imtina edib.

Qeyd edək ki, son gəlir hesabatında Facebook CEO-su ("Instagram"ın rəhbəri) Şeril Kara Sendberq sosial şəbəkə istifadəçilərinin sayının 25 milyondan çox olduğunu və onların 2 milyonunun reklamçılıqla məşğul olduqlarını qeyd edib. Onun sözlərinə görə hər 5 istifadəçidən 4-ü ən az bir markanı izləyir. Bu səbəbdən müstəqil alış-veriş əlavəsinin yaradılması sosial şəbəkədə pərakəndə satışın aparılmasına və gəlirlərin daha da artmasına gətirib çıxaracaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->