"Instagram" sosial şəbəkəsi Yeni il üçün tətbiqetmənin xüsusi versiyasını təqdim etməyə hazırlaşır.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, "V 26" adlı versiya Yeni il effektləri və filtrləri ilə dolu olacaq. Siyahıda buzlu pəncərə, tətil makiyajı, qızıl və gümüşü şarlar və s. filtrlər var.
"Instagram"da "story"lərə qış geyimləri, pinqvinlər, qar dənələri, konki fotoları əlavə etmək mümkün olacaq.
Sosial şəbəkə 3 saniyəlik videoda görüntünü yaxınlaşdırmaq üçün istifadə edilən "Superzoom" funksiyasına yeni səs effektləri əlavə etməyə planlaşdırır.
Qeyd edək ki, qısa müddət əvvəl "Instagram" "Direct" adlı mesajlaşma tətbiqetməsini sınaqdan keçirməyə başlayıb. "Facebook"un "Messenger" tətbiqetməsi ilə eyni funksiyaları yerinə yetirən "Direct" Uruqvay, Çili, İtaliya, Portuqaliya, Türkiyə və İsraildə sınaqdan keçirilir.
Gülşən
Şərhlər