Xəbər lenti

İnternetin qiymətində güzəşt olacaqmı? (VİDEO)
Video 18:47 08.05.2020

İnternetin qiymətində güzəşt olacaqmı? (VİDEO)

Koronavirus infeksiyasının qarşısını almaq məqsədilə küçəyə çıxmaq qadağan edildikdən sonra evdə internetdən istifadə edənlərin sayı artıb. Əksər abonentlər ölkədə fəaliyyət göstərən mobil operator və provayderlərin karantin günləri ərzində istifadəçilərinə müəyyən güzəştlər etməsini gözləyir. Bəs bu günlərdə istifadəçilərin internet əlçatımlığını yaxşılaşdıracaq hansı təklifləri var? Əlaqə saxladığımız internet provayderlərindən bəziləri güzəştlərin nəzərdə tutulmadığını desə də, bəzi imtiyazlar təklif edənlər də olub.

Mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru” proqramında süjet yayımlanıb.

Provayder rəsmisi – (Səsyazısı) : "Müəyyən saytlar var, təxminən 20-ə  yaxın sayt ki, onlar bizdə aktivdir. Ödəniş olunmasa belə karantin müddəti ərzində həmin saytlar və rəqəmsal yayımda olan Azərbaycan kanalları aktiv olaraq qalacaq”.

Ekspertlər deyir ki, koronavirus pandemiyası dövründə telekommunikasiya sənayesinin üzərinə böyük bir yük düşür. Məhz bu amili nəzərə alaraq, bir çox ölkələrdə internetin əlçatanlığını təmin olunması üçün müəyyən addımlar atılıb və pulsuz internet xidmətləri təklif edilib. 

Məzahim Quliyev – Ekspert: "Amerikada, hətta bütün amerikan vətəndaşlarına böyük endirimlər edildi. Belə bir layihə icra etdilər, adı da "Keep amerikans connected” idi. Yəni amerikanları birləşmiş saxlayaq. Hətta Amerika hökuməti  Wi-Fi çıxışı olmayan ölkə vətəndaşlarına belə böyük dəstək verdi”.

Ekspertin sözlərinə görə, ölkəmizdə operatorlar əvvəlcədən ödəniş sistemini tətbiq edir. Yəni ödənişi et, sənə xidmət göstərim. Amma mövcud vəziyyətdə bu sistem əksər abonentlər üçün heç də arzuolunan deyil.

Məzahim Quliyev – Ekspert: "Çox təəssüf ki, onlar postpaid rejiminə keçmirlər. Bu rejimin sayəsində onlar karantin müddətində internet imkanlarından yararlanacaqlar, ödənişləri isə karantin müddətindən sonra ödəyəcəklər”.

Mövzu ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirildi ki, məsələnin həlli məqsədilə mobil rabitə operatorlarına müraciət edilib. Təhsil Nazirliyinin quruma müraciətindən sonra Virtual məktəb layihəsinə dəstək çağırışına artıq mobil operatorlardan biri qoşulub. 25 mindən çox müəllim-pedaqoji heyətin mobil nömrə balansına hədiyyə olaraq 2 ay ərzində 10 AZN dəyərində 5 GB internet paketi yükləməklə təşəbbüsə öz dəstəyini verib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->