Rusiya hüquq-mühafizə orqanları terrorçulara yardım etməkdə təqsirləndirilən azərbaycanlı barəsində beynəlxalq axtarış elan edib.
Qaynarinfo xəbər verir ki, Şəki rayon sakini, 1983-cü il təvəllüdlü Zaur Quliyevla bağlı "Interpol"un saytına məlumat yerləşdirilib. Axtarışa verilən azərbaycanlı terrorçulara yardım etməkdə təqsirləndirilir.
"Interpol"un saytına yerləşdirilən müraciətdə deyilir ki, Zaur Quliyev barəsində hər hansı informasiyaya malik olan şəxslərdən məlumat vermələri xahiş olunur.
Şərhlər