İran İslam İnqilabı Keşikçiləri Korpusunun siyasi büro sədri və komandiri Yadulla Cavani ABŞ və İsrailə hədələr yağdırıb.
Qaynarinfo xəbər verir ki, hərbi rəhbər İran İslam İnqilabının 40 illiyi münasibətilə təşkil edilən tədbirdə çıxış edib:
"ABŞ-ın müdafiə və hərbi gücünə baxmayaraq İrana qarşı addım atmağa cəsarəti yoxdur. Əgər ABŞ bizə hücum etsə, Tel Əvivi yerlə yeksan edəcəyik".
İran prezident Həsən Ruhani isə Tehrandakı Azadi Meydanında təşkil edilən mərasimdə ölkəsinin zireh deşən raket və müdafiə təchizatı üçün heç bir ölkədən icazə almayacağını açıqlayıb.
Gülşən
Şərhlər