Xəbər lenti

İran Avropaya meydan oxudu
Dünya 11:05 28.01.2013

İran Avropaya meydan oxudu

İran Avropanın 27 ölkəsinə neft, təbii qaz və neft-qaz məhsullarının ixracını qadağan edib. Bunu İran Neft Nazirliyinin sözçüsü Əlirza Nikzad bildirib.

Onun sözlərinə görə, bu qərara Avropa Birliyi və ABŞ-ın İrana qarşı yeni sanksiyalarının təsdiqlənməsindən sonra gəlinib: «Avropa Birliyi İrana qarşı düşmənçilik və siyasi qərarlarından imtina etməyincə rəsmi Tehranın Qərbə istiqamətli neft və qaz sanksiyaları davam edəcək. İran Neft Nazirliyi məhz Avropa Birliyinə üzv olan bəzi ölkələrin düşmənçilik mövqelərinin ardından Böyük Britaniya və Fransaya neft ixracını dayandırıb. İran Milli Neft Şirkəti ölkəmizin xam neftini Fransa və Böyük Britaniyaya satan şirkətlərə sanksiya tətbiq edəcək».

İran rəsmisi deyib ki, ölkəsinin neft və təbii qaz istehsalı əvvəlki qaydada davam edir: «Neft istehsalında müşahidə olunan artım nəticəsində İran Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) üzv ölkələri sırasında ikinci mövqeyə çıxıb. Hazırda dünya bazarlarında İran xam neftinin satışı yaxşı səviyyədədir və heç bir problem yoxdur».

Qərbin bütün təzyiqlərinə və sanksiyalarına baxmayaraq, İran neftinin ixracatında artıma nail olunduğunu deyən Ə.Nikzad ölkəsinin yeni tədbirlər və strategiyalar tətbiq edərək, dünya bazarlarında öz kvotasını qorumağı bacardığını söyləyib.

İran rəsmisi vurğulayıb ki, ölkəsinin neft ixracı qətiyyən bəzi Qərb dövlətlərinin yürütdüyü siyasətdən təsir görməyib.

APA
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->