Xəbər lenti

İran
Texnologiya 16:03 04.07.2018

İran "Instagram"ı qadağan edir

İranın baş prokuror köməkçisi Məhəmməd Musaddeq ölkədə ən çox istifadə olunan sosial şəbəkə statusuna sahib "Instagram"ın qadağan ediləcəyini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, qadağanın nə zaman tətbiq ediləcəyi barədə məlumat verilməyib və səbəb kimi bəzi məşhurların yardım məqsədilə təşkil etdiyi kampaniyalardan sui-istifadə hallarını göstərib.

Qeyd edək ki, İranda "Facebook", "Twitter", "Telegram" kimi sosial şəbəkələr də qadağandır.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->