İran prezidenti İbrahim Rəisi Rusiya və Çin də daxil olmaqla 50 ölkənin liderlərinə məktublar göndərərək, onları Qəzza zolağı ətrafındakı vəziyyət və radikal HƏMAS hərəkatı ilə bağlı İsrailə təzyiq göstərməyə çağırıb.
Qaynarinfo "Tasnim"ə istinadən xəbər verir ki, məktub göndərilən ölkələr arasında Türkiyə, Qazaxıstan, Cənubi Afrika, Keniya və İordaniya da var.
Məktubda İran lideri adıçəkilən ölkələrin başçılarını İsrailə təzyiq göstərmək üçün azad və müstəqil ölkələrin birliyinə və hərəkətlərinin koordinasiyasına çağırıb.
Noyabrın 12-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Türkiyə və İran liderlərinin də iştirak etdiyi Ərəb-İslam sammiti keçirilib. Tədbir iştirakçıları İsraillə sülh münasibətlərinin qurulması üçün əsas şərt irəli sürürlər.
Qeyd edək ki, Oktyabrın 7-də HƏMAS "Əl-Əqsa tufanı" əməliyyatına başladığını elan etdikdən sonra Qəzza zolağından minlərlə HƏMAS yaraqlısının İsrailə sızmasından sonra Yaxın Şərqdə vəziyyət gərginləşib. Buna cavab olaraq İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.
İsrailin "Dəmir Qılınclar" əməliyyatının cavab məqsədi hücumu dəf etmək, xaricilər də daxil olmaqla 200-dən çox girovu azad etmək və HƏMAS-ı məhv etmək olub. Bu məqsədə çatmaq üçün İsrail əməliyyatın ilk günündən Qəzza zolağına kütləvi raket hücumları həyata keçirib. Eyni zamanda, İsrail Milli Təhlükəsizlik Şurası sektora su, ərzaq, mal, elektrik və yanacaq tədarükünün dayandırılmasına qərar verib. Qəzzaya humanitar yardımların çatdırılması yalnız oktyabrın 20-dən sonra Rəfah keçid məntəqəsi vasitəsilə həyata keçirilməyə başlayıb və onların həcmi qeyri-kafi adlandırılıb.
Oktyabrın 27-də İsrail Qəzzada quru əməliyyatını genişləndirdiyini elan edib. Əməliyyatın dəqiq nə vaxt başladığı bilinmir, lakin onun ərəfəsində yüz minlərlə fələstinli evlərini tərk edərək sığınacaqlara və anklavın cənubuna köçüb. Noyabrın 5-də quru əməliyyatı çərçivəsində İDF qüvvələri Qəzza şəhərini mühasirəyə alıb və onun təchizatını kəsiblər və Qəzzanın mərkəzində döyüşlər hələ də davam edir.
Aydın
Şərhlər