"Harvard Business Review" tərəfindən aparılan yeni araşdırma iş dünyasında süni intellekt istifadəsi ilə bağlı diqqətçəkən nəticələri üzə çıxarıb. Məlum olub ki, bir-üç alət arasında istifadə məhsuldarlığı artırır, lakin dördüncü alətdən sonra beyin "yorğunluq siqnalları” verməyə başlayır.
Qaynarinfo xəbər verir ki, süni intellektin iş həyatına daxil olması əsasən məhsuldarlığı artırmaq və gündəlik işləri asanlaşdırmaq məqsədi daşıyır. Lakin yeni araşdırma göstərir ki, bu texnologiyanın əks təsirləri də mövcuddur.
Gündəlik iş prosesində bir neçə süni intellekt alətindən istifadə edənlər bildirir ki, bu, işi sadələşdirmək əvəzinə daha da mürəkkəbləşdirir. Mütəxəssislər qeyd edir ki, çoxsaylı rəqəmsal köməkçilər zehni yorğunluğa səbəb olur və birbaşa beynin fəaliyyətinə təsir edir.
Bu, ilk belə xəbərdarlıq deyil. Daha əvvəl MIT tərəfindən aparılan tədqiqatlar da süni intellektə həddindən artıq etibarın tənqidi düşünmə qabiliyyətini zəiflədə biləcəyini göstərmişdi.
Yeni araşdırma isə daha çox uzunmüddətli istifadə nəticəsində yaranan "zehni duman” və yorğunluğa fokuslanır. Kompüter və smartfonların süni intellekt köməkçiləri ilə dolu olduğu müasir dövrdə bu məsələ daha актуal hesab olunur.
Araşdırma nəticələrinə görə, süni intellekt tamamilə mənfi deyil. Əksinə, 1–3 alət istifadə edildikdə məhsuldarlıq artır. Lakin dördüncü alət əlavə edildikdə vəziyyət dəyişir və məhsuldarlıq sürətlə azalır. Bu mərhələdən sonra süni intellekt köməkçi olmaqdan çıxaraq beyin üçün əlavə yükə çevrilir.
Araşdırmanın ən maraqlı nəticələrindən biri odur ki, iştirakçıların təxminən 14%-i "süni intellektdən qaynaqlanan beyin yanması” yaşadığını etiraf edib.
Çoxsaylı tapşırıqları eyni anda yerinə yetirməyin effektiv olmadığı artıq məlumdur və istifadə olunan alətlərin "ağıllı” olması bu faktı dəyişmir. İştirakçılardan biri bunu beynin içində daim diqqət çəkməyə çalışan çoxsaylı açıq pəncərələrlə müqayisə edib.
Bu davamlı informasiya filtrasiyası zamanla "informasiya yüklənməsi”nə gətirib çıxarır və nəticədə tükənmişlik qaçılmaz olur.
Mütəxəssislər vurğulayır ki, tükənmişlik yalnız fiziki və emosional yorğunluq deyil, həm də ciddi zehni yüklənmədir. ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) və tədqiqat müəlliflərinə görə, çoxsaylı rəqəmsal köməkçiləri idarə etmək beyni daimi nəzarət və müdafiə rejimində saxlayır.
Bununla belə, süni intellekt yalnız təkrarlanan və rutin işləri azaltmaq üçün istifadə edildikdə tükənmişlik riski azalır.
Mütəxəssislər hesab edir ki, əsas məsələ texnologiyadan nə qədər istifadə etdiyimiz deyil, onu idarə edərkən beynimizə nə qədər yük düşdüyüdür.
Aydın
Şərhlər