Qaynar.info xəbər verir ki, adıçəkilən sosial şəbəkələr bazar ertəsindən etibarən ölkə internet istifadəçiləri üçün açıq elan edilib.
Bununla yanaşı bir neçə sayta qarşı da qoyulan qadağalar aradan qaldırlıb.
Qadağanın aradan qaldırılmasından sonra internet istifadəçiləri bir neçə nazir, o cümlədən xarici işlər naziri Məhəmməd Cavad Zərifə təşəkkür məktubu ünvanlayıblar.
Qeyd edək ki, İran 2009-cu ildən etibarən ölkə daxilində Facebook, Twitter və bir neçə sayta qadağa qoymuşdu. İstifadəçilər həmin saytlara daxil olmaq üçün xüsusi proqramlar - VPN-dən istifadə edirdilər.
Qaynar.info
Şərhlər