Bu gün İranın Əfqanıstanın qərbində yerləşən Herat şəhərindəki konsulluğunun binası hücuma məruz qalıb.
APA-nın "Press TV”-yə istinadən verdiyi məlumata görə, nəticədə ən azı 3 nəfər ölüb, bir neçə nəfər yaralanıb. Hələlik hücum faktı barədə ətraflı məlumat verilməyib.
Qeyd edək ki, 2012-ci ilin dekabrında İranın Heratdakı konsulluğu hücuma məruz qalıb, nəticədə diplomatik korpus bir müddət bağlanıb.
Qaynar.info
Şərhlər