İranın müdafiə naziri Əmir Hatəmi dövlət televiziyasına açıqlamasında Azərbaycanla münasibətlərdən danışıb.
Qaynarinfo xəbər verir ki, qonşu ölkələrlə əlaqələr barədə açıqlama verən general münasibətlərin qardaşlıq və səmimiyyətə dayandığını bildirib:
"İranın bölgə ölkələri olan Türkiyə, Azərbaycan, Əfqansıtan və Pakistanla münasibətləri yaxşıdır. Bu münasibətlər qardaşlıq və səmimiyyət üzərində qurulub. İran qonşu ölkələrə qarşı səmimi duyğular bəsləyir. Son dövrlər bir çox qonşu ölkəyə səfər etmişəm. Çox yaxşı nəticələr əldə etmişik".
Şərhlər