İranlı qadın voleybolçu Azərbaycanda oynamaqdan imtina etdi

İranlı qadın voleybolçu Azərbaycanda oynamaqdan imtina etdi


İranın voleybol üzrə qadınlardan ibarət yığma komandasının üzvü Azərbaycanda oynamaqdan imtina edib.

APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, buna səbəb Azərbaycanın voleybol üzrə ölkə çempionatının qaydalarının oyunçulara hicabdan istifadəyə icazə verməməsidir.
 
İranın voleybol üzrə qadınlardan ibarət yığma komandasının üzvü Maidə Bürhani bildirib ki, Azərbaycanın voleybol üzrə ölkə çempionatında mübarizə aparan komandalarından biri onu öz heyətinə qatmaq istəyib: “Mən əsas şərt kimi örtüklə çıxış etməyimi qoymuşdum. Ancaq Azərbaycanın voleybol üzrə ölkə çempionatının qaydaları buna icazə vermir. Ona görə də mənim Azərbaycan çempionatında çıxış etməyim mümkün deyil. Bu baxımdan məsələ ilə bağlı razılıq əldə olunmadı”. 

Qaynar.info

Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR