Xəbər lenti

İsa Qəmbər müxalifəti yenə ittiham etdi
Siyasət 16:00 06.04.2013

İsa Qəmbər müxalifəti yenə ittiham etdi

"Saxta müxalifətlə birliyimiz mümkün olmayacaq"

“Müsavat Partiyası demokratik qüvvələrin birliyi üçün mümkün olan hər şeyi edir və istənilən fədakarlığa hazırdır”. APA-nın məlumatına görə, bu fikirləri Müsavat Partiyasının başqanı İsa Qəmbər partiya Məclisinin toplantısında çıxış edərkən deyib.

İ. Qəmbər bildirib ki, Müsavat Partiyası hər zaman demokratik qüvvələrin birliyinin tərəfdarı olub və bu il də həmin mövqedədir. Onun sözlərinə görə, partiya ölkədə vəziyyəti dəyişmək istəyən, gerçək müxalifətin birliyi üçün mümkün olan hər şeyi edir və istənilən fədakarlığa hazırdır: “Bu, gerçək müxalifətin, həqiqətən də ölkədə vəziyyəti dəyişmək istəyən qüvvələrin birliyi olmalıdır. Mübarizəni imitasiya edən saxta müxalifətlə təbii ki, birliyimiz mümkün olmayacaq. Həmin qüvvələrlə birlik bizim güclənməyimizə yox, zəifləməyimizə gətirib çıxaracaq”.

Müsavat başqanı bütün demokratik qüvvələrin funksional əməkdaşlıq ideyasının irəli sürüldüyünü və bu ideyanın cəmiyyətin əksəriyyət qüvvələri tərəfindən qəbul edildiyini vurğulayıb: “Biz funksional əməkdaşlığı davam etdirmək niyyətindəyik. Funksional əməkdaşlıq nədir? Yəni, ümumi şəkildə birliklər yaratmaq yox, konkret hədəfləri müəyyənləşdirib, bu istiqamətdə birgə addım atmaq lazımdır. Bu əməkdaşlıq birlikdə mitinqlər keçirmək, bölgələrə səfər etmək şəklində ola bilər. Yəni, biz əməkdaşlığa hazır olduğumuzu bəyan etmişik. Eyni zamanda bütün birlik təşəbbüslərinə, ideyalarına da diqqətlə yanaşır və bu ideyaları ciddi araşdırırıq. Onların arasında doğrudan da demokratik ictimaiyyətin gücünün cəmlənməsinə xidmət edən ideyalar varsa, onları reallaşdırmağa hər zaman hazırıq”.

Qaynar.info


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->