Xəbər lenti

İsa Qəmbər: “Rüstəm İbrahimbəyov iyulun 31-də Bakıya gəlməli idi”
Siyasət 17:56 01.08.2013

İsa Qəmbər: “Rüstəm İbrahimbəyov iyulun 31-də Bakıya gəlməli idi”

“Rüstəm İbrahimbəyov iyulun 31-də bizimlə Bakıya gəlməliydi”.

Musavat.com-un məlumatına görə, bunu Müsavat Partiyasının başqanı İsa Qəmbər “Azadlıq” radiosunun “İşdən sonra” proqramında deyib. Onun sözlərinə görə, bu təklifi Milli Şuranın Tiflisdəki toplantısında da səsləndirib. Müsavat başqanı bildirib ki, Rüstəm İbrahimbəyovun vətəndaşlıq məsələsi hüquqi yox, daha çox siyasi müstəvidə həll olunmalıdır: “Mən Rüstəm İbrahimbəyovun vətəndaşlığı ilə bağlı məsələnin Vladimir Putin və İlham Əliyevin əlində olması ilə bağlı fikirlərlə razı deyiləm. Atmosfer tələb edir ki, demokratik düşərgə, Milli Şura Konstitusiya çərçivəsində addımları ilə hakimiyyəti qanunsuz addımlara sövq etsin. Biz qanuni addımlar atsaq, hakimiyyət qanunsuz addımlara məcbur olacaq və özünü bataqlığa salacaq”.


İsa Qəmbərin fikrincə, bu, cəsarət məsələsi deyil: “Rüstəm İbrahimbəyov kifayət qədər cəsarətli, fədakar insandır. Namizədlikdən imtina etmək fədakarlıq deyil. Əsl qəhrəmanlıq vahid namizəd olmağa razılıq verməkdir və Rüstəm müəllim bu addımı atıb”.

Müsavat başqanı bildirib ki, Rüstəm İbrahimbəyovun Bakıya qayıtmaq üçün iki həftə vaxtı var. Onun fikrincə, Milli Şura sədri avqustun 15-inədək Bakıya gəlsə, Milli Şuranın uğurlu seçki kampaniyası aparması mümkün olacaq.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->