Ekonomiks 18:01 29.10.2020

İşğaldan azad olunmuş ərazilərdə kommunal infrastruktur qurulacaq

"Azərişıq” və "Azərsu” ASC-lər, eləcə də Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyi işğaldan azad olunmuş ərazilərdə dövlət orqanlarının (qurumlarının) normal fəaliyyəti üçün müvafiq binaların elektrik enerjisi, su və təbii qaz ilə təminatını həyata keçirəcəklər.

Qaynarinfo xəbər verir ki, bu, Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmanında öz əksini tapıb.