İsgəndər Cavadov qeyri-etik jest edibmi? - Keçmiş

İsgəndər Cavadov qeyri-etik jest edibmi? - Keçmiş "Neftçi"li hadisəni belə xatırlayır

Tanınmış idman jurnalisti Natiq Muxtarlı futbol veteranı İsgəndər Cavadovla bağlı maraqlı faktı gündəmə gətirib. 

Qeydlərə görə, Cavadov 1988-ci ildə "Neftçi”dən qalmaqallı şəkildə ayrılaraq Moldovanın "Nistru” komandasına keçib və 1989-cu ildə "Neftçi” SSRİ Çempionatının I dəstəsində Cavadovun yeni klubu "Nistru” ilə qarşılaşıb. Kişinyovda baş tutan görüşdə hakim "Neftçi”nin qapısına penalti təyin edib və Cavadov təkidlə penaltini özünün vuracağını bildirib.

Deyilənlərə görə, İsgəndər Cavadov penaltini qola çevirəndən sonra 15 min moldovalının gözləri qarşısında "Neftçi”nin ehtiyat oyunçular skamyasına yaxınlaşaraq orada oturanlara əli ilə tərbiyəsiz jest edib. 

Sport7.az məsələ ilə bağlı olaraq kiçik bir araşdırma aparıb. 

Uzun illər "Neftçi"nin baş həkimi vəzifəsində çalışan Boris Xetaqurovun həmin oyunu canlı izləyənlərdən olduğunu nəzərə alaraq onun fikirlərini öyrəndik. Həmçinin Xetaqurovdan İsgəndər Cavadovun "Neftçi"dən kiminlə yola gedə bilmədiyi üçün qalmaqallı şəkildə ayrıldığını soruşduq. 
 


"Biz I Divizionda çıxış edirdik. Həmin oyun 1989-cu ilin avqust ayında Kişinyovda baş tutmuşdu. Bizim baş məşqçimiz Ağasəlim Mircavadov, rəqibin çalışdırıcısı isə Əhməd Ələsgərov idi. Oyunun ikinci hissəsində biz 2:0 hesabı ilə öndə ikən rəqib "Nistru" penalti vurmaq hüququ qazandı. O zamanlar İsgəndər Cavadov "Nistru"da oynayırdı. Qalmaqallı şəkildə getdiyini xatırlamıram, amma bildiyim qədəri ilə 1988-ci ildə klubdan ayrılmışdı. "Neftçi"nin qapısına təyin olunan penaltini Cavadov vurdu və hesab 2:1 oldu. Ancaq düzünü desəm, onun jest etməsini görməmişəm. Oyun da 4:2 hesabı ilə bizim xeyrimizə başa çatdı", - deyə Boris Xetaqurov həmin matç haqda xatirələrini paylaşıb. 

Sport7.az Moldovada baş tutan həmin qarşılaşmanın protokolunu təqdim edir:

52-ci SSRİ çempionatı
1-ci dəstə
 "Nistru” (Kişinyov) -  "Neftçi” 2:4
Qollar: İ.Cavadov (p.), Karatayev - N.Süleymanov, V.Qasımov, S.Ələkbərov (2).
Vərəqə: Seku- sarı

Nistru: Botnaraş, Şulayev, Kojanov (Fink), Sırbu, Savalyev, Seku, V. Karatayev, Sırotyuk, Nani, Skala (Vasilyev), Cavadov.
Neftçi: C.Əliyev, N.Əzimov, Ə.Abdullayev (Y.Vahabzadə), A.Əsədov, Y.Esaulov, R.Abuşov, V.Sadıqov, V.Qasımov (N.Süleymanov), S.Ələkbərov.
Hakim: V.Butenko(Moskva)
Kişinyov. Respublika stadionu. 17 avqust. 15000 tamaşaçı.
 
Röya Kərimli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR