Əfqanıstanın paytaxtı Kabildə hərbi akademiyaya terror hücumu təşkil edilib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, azı 4 İŞİD terrorçusu tərəfindən həyata keçirilən hücum zamanı 5 əfqan hərbçisi həlak olub, 10-u yaralanıb. Hədəfin Marşal Fahim Hərbi Akademiyası olduğu bildirilir.
Qeyd edək ki, bu, son bir həftədə Əfqanıstanda törədilən 3-cü teraktdır. Ötən günlərdə "Intercontinental Otel"ə edilən hücumda 20 nəfər, təcili yardım maşınının partladılması nəticəsində isə 100-dən çox insan həyatını itirib.
Gülşən
Şərhlər