Xəbər lenti

İŞİD hərbi akademiyaya hücum etdi: 5 ölü, 10 yaralı
Dünya 10:30 29.01.2018

İŞİD hərbi akademiyaya hücum etdi: 5 ölü, 10 yaralı

Əfqanıstanın paytaxtı Kabildə hərbi akademiyaya terror hücumu təşkil edilib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, azı 4 İŞİD terrorçusu tərəfindən həyata keçirilən hücum zamanı 5 əfqan hərbçisi həlak olub, 10-u yaralanıb. Hədəfin Marşal Fahim Hərbi Akademiyası olduğu bildirilir.

Qeyd edək ki, bu, son bir həftədə Əfqanıstanda törədilən 3-cü teraktdır. Ötən günlərdə "Intercontinental Otel"ə edilən hücumda 20 nəfər, təcili yardım maşınının partladılması nəticəsində isə 100-dən çox insan həyatını itirib.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->