Ekspertlər oktyabrın 31-də özünü İŞİD adlandıran qruplaşmanın özünə yeni lider təyin etdiyi Əbu İbrahim əl Haşimi əl Qureyşinin əsl kimliyini öyrənmələ çalışırlar.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, İŞİD-in rəqibləri onu dəstəkləyən insanları "tanınmayan" liderin arxasınca getməməyə çağırırlar.
Yeni liderin adı, "əl Haşimi əl Qureyşi", onun Məhəmməd Peyğəmbərin nəslindən olmasını iddia edir.
Regionda bir çox insanlar belə bir əlaqənin olduğuna inansalar da, onun adı həmin şəxsin hansı millətdən olduğunu deməyə kifayət etmir.
Keçmiş lider əl Bağdadinin adından onun iraqlı olduğu aydın olurdu.
İŞİD-i dəstəkləyən şəxslər və media qurumları isə Əbu İbrahim əl Haşimi əl Qureyşiyə sadiqliklərini elan ediblər, ona "xəlifə" kimi itaət edəcəklərini və bu cihadçı təşkilat uğrunda vuruşacaqlarını bildiriblər.
Bir çoxları isə Telegram mesajlaşma proqramında profil şəkillərini dəyişərək ona sadiqlik sözü verən fotolar yerləşdiriblər.
İŞİD-in yeni sözçüsü Əbu Həmzə əl Qureyşi haqqında da az məlumat mövcuddur. Onun "Əl Mühacir" kimi tanınması, yaşadığı ölkədə mühacirətdə olmasından xəbər verir.
Əbu Həmzə, Bağdadinin ölümündən bir gün sonra Suriyada həyata keçirilmiş ABŞ-kürd birgə əməliyyatı nəticəsində öldürülmüş İŞİD sözçüsü Əbu Həsən əl Mühacirin yerinə keçib.
Əl Haşimi əl Qureyşinin təxəllüsünün bilinməməsi, onun təhlükəsizlik səbəbindən adının dəyişdirildiyi fikrini gücləndirir.
Lakin onun əsl kimliyinin gizli saxlanması qruplaşma üzvlərinin dəstəyini qoruma və yeni üzvlərin cəlb olunmasında problemlər yarad bilər. Bu isə İŞİD-in yeni liderinin kim olması barədə daha çox məlumatın paylaşılmasına yol aça bilər.
İŞİD Bağdadinin xələfinin adını ABŞ-ın onun ölümü barədə məlumat yaymasından beş gün sonra açıqlayıb.
İŞİD açıqlamasında nə deyib?
Yeni liderin təxəllüsündəki iki məqam, "Əl Haşimi əl Qureyşi", həmin şəxsin Məhəmməd Peyğəmbərin nəslindən olduğunu (Haşim) və eyni qəbilədən gəldiyini (Qureyş) vurğulayır. İslamda belə bir fikir mövcuddur ki, bu, xəlifəlik üçün əsas şərt hesab olunur.
İŞİD-in son lideri Əbu Bəkir əl Bağdadinin də sələfi Əbu Ömər əl Bağdadi kimi, Qureyş qəbiləsindən gəldiyi bildirilirdi.
Yeni sözçü tərəfindən oxunan son səsli mesajda İŞİD üzvlərinə və tərəfdarlarına yeni liderə sədaqət elan etmələri çağırışı edilir. Onlardan tanımadıqları bir şəxsə itaət etmələri tələb olunur.
Mesajda elan edilən yeni lider, ərəbcə "Əl Şeyx əl Mücahid əl Alim əl Amil" kimi təqdim edilir. Bu, onun bir "elm adamı", eyni zamanda "mücahid" bir döyüşçü olması mənasını verir.
Mesajda onun "ən vacib şəxlərdən biri olması" da vurğulanır. Onun amerikalılarla müharibədə təcrübəli olduğu bildirilir. Yeni liderin cihad mövzusunda çalışan "elm adamlarından biri" olduğu iddia edilir.
Sözçü, ABŞ-ın "Əbu Bəkr günlərini axtaracağı" xəbərdarlığını da edir.
Cihadçılar nə deyib?
İŞİD tərəfdarları ənənəvi olaraq gözübağlı şəkildə qruplaşmaya sədaqətlərini və yeni liderə itaətlərini elan ediblər. Onların yeni "xəlifənin" kimliyini maraqlanması ilə bağlı məlumat yoxdur.
Digər tərəfədn də, İŞİD-i tənqid edən rəqib cihadçılar, xüsusən də Heyet Təhrir əl Şam tərəfdarları yeni "anonim" liderlə bağlı zarafatlar ediblər.
"Tanınmayan bir sözçü, bilinməyən bir şəxsi yeni "xəlifə" elan etdiyini bildirib", İŞİD-i tənqid edən cihadçı Faris Najd deyib.
Təhlilçilər nə deyirlər?
Cihadçılar kimi, mütəxəssislər də yeni liderin kimliyini tapmağa çalışırlar.
Əksəriyyət İŞİD-in əvvəlki lideri kimi, yeni liderin də iraqlı olması ehtimalının yüksək olduğunu bildirirlər.
Təkcə İŞİD-in sələfi olan Əl Qaidənin İraq qolunun lideri Əbu Musab əl Zərkavi iordaniyalı idi.
Bir çox mətbuat orqanı və təhlilçilər Əl Qureyşinin, Bağdadinin avqus ayından bəri köməkçisi olmuş iraqlı türkmən İŞİD nümayəndəsi Abdullah Qardaşın təxəllüsü ola biləcəyini iddia edirlər.
Avqust ayında İŞİD ilə bağlı saxta bir açıqlamada Bağdadinin Qardaşı xəlifə elan etdiyi bildirilmişdi.
"Hacı Abdullah" da adı hallananlar arasında idi. Bir çox mütəxəssislər bu adın Qardaşın ləqəblərindən biri olduğunu bildirirlər.
El Arabiya televiziyasında 27 oktyabrda yayımlanmış bir reportajda Bağdadinin həbsdəki qohumu, sadəcə "Hacı Abdullah" kimi tanınan şəxsin Bağdadinin köməkçisi olduğu iddia edilib.
Lakin Hacı Abdullah və Qardaşın eyni şəxs olub-olmadığı məlum deyil.
Eyni zamanda iraqlı cihad mütəxəssisi Hişam əl Haşimi yeni liderin İŞİD-in "Məclisində" yer aldığının ehtimal edildiyini bildirib.
Əl Haşimi yeni liderin iraqlı deyil, tunisli, misirli və ya iordaniyalı ola biləcəyini irəli sürüb.
İŞİD-in yeni "xəlifə"sinin zəngin cihadçı keçmişinin olması iddiası onu deməyə əsas verir ki, onun həqiqi kimliyinin növbəti günlərdə üzə çıxacağı mümkündür.
Şərhlər