İdman 12:48 04.08.2020

İspan məşqçi "Sumqayıt"ı Super Liqa klubuna dəyişdi

2019-cu ilin iyul ayından "Sumqayıt”ın əsas komandasının fiziki hazırlıq üzrə məşqçisi vəzifəsini icra edən Eduardo Karo Balada "gənclik şəhəri" təmsilçisindən ayrılıb.

Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, ispan mütəxəssis Türkiyə Super Liqasında çıxış edən Ankaranın "Gənclərbirliyi” təmsilçisində yeni baş məşqçi təyin olunan Mert Nobre ilə çalışacaq.

"Sumqayıt" məşqçiyə komandaya göstərdiyi xidmətlərinə görə təşəkkür edib, yeni klubunda ona uğurlar arzulayıb.

Qeyd edək ki, ötən gün Mert Nobre "Gənclərbirliyi"nin baş məşqçisi təyin edilib.