İspaniya kralı VI Felipenin kürəkəni İnaki Urdanqarin 5 il 10 aylıq həbs cəzasını çəkmək üçün həbsxanaya aparılıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, kral ailəsinin üzvü ona verilən 5 gündən sonra təslim olub. O, 6,2 milyon avroluq dövlət pulunu mənimsəmək, vergidən yayınma, korrupsiya, saxtakarlıqda ittiham edilir. Urqandarin cəzasını qadınlar həbsxanasında, kişilər üçün nəzərdə tutulan hissədə çəkəcək. Həbsxana Madriddən 100 km məsafədə yerləşir və "Briyeva" adlanır.
Gülşən
Şərhlər