İsraildə növbədənkənar parlament seçkiləri keçirilir.
Qaynarinfo xəbər verir ki, 6 milyon 394 min seçicinin olduğu ölkədə 29 partiya parlamentdəki 120 yer uğrunda mübarizə aparır.
Seçki prosesi yerli vaxtla 07.00-da başlayacaq və 22.00-a qədər davam edəcək.
Fələstin əsilli İsrail vətəndaşlarının səsvermədə iştirak edib-etməyəcəyi maraqla gözlənilir.
Qeyd edək ki, il ərzində İsraildə 2-ci parlament seçkiləri keçirilir. Aprel ayında baş tutan ilk seçkidə seçicilərin fəallığı 68,4%-ə bərabər olmuşdu.
Gülşən
Şərhlər