Xəbər lenti

Dünya 12:04 05.12.2025

"Fənərbağça"nın məşhur futbolçusu saxlanıldı (YENİLƏNİB)

Türkiyənin "Fənərbağça" klubunun futbolçusu Mert Hakan Yandaş saxlanılıb.

Qaynarinfo xəbər verir ki, yarımmüdafiəçi mərc oyunlarında iştirak etməkdə ittiham olunduğu üçün tutulub.

Bundan əlavə, keçmiş hakim Ahmet Çakar da saxlanılıb.

Qeyd edək ki, səhər saatlarında 50-yə yaxın şəxs mərc oyunları və danışılmış matçlarla bağlı tutulub.

11.36
 
İstanbul Respublika Baş Prokurorluğu tərəfindən futbolda mərc araşdırması çərçivəsində bu səhər yeni əməliyyat keçirilib. 

Qaynarinfo xəbər veirr ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan araşdırma çərçivəsində keçirilən əməliyyat zamanı çox sayda futbolçu və klub rəsmisi saxlanılıb. Futbol şərhçisi Ahmet Çakar də saxlanılanlar arasındadır.

Qeyd edək ki, Türkiyə Futbol Federasiyası (TFF) prezidenti İbrahim Hacıosmanoğlu bu müddət əvvəl keçirditi mətbuat konfransında belə demişdi: "Təmizlik təkcə hakimlərlə olmaz. Əgər ediləcəksə, futbolun bütün ünsürlərinin təmizlənməsi lazımdır. Hakimlərlə başladıq, futbolçularla davam edir. Bu həftə istədiyimiz məlumatlar nazirlikdən gələcək. Məşqçi, tərcüməçi, tibb işçisi, avadanlıqçı, nümayəndələr, müşahidəçilər - onlar da bu həftə gəlirlər. Əsas bu araşdırmadan sonra biz öz baxış sahəmizdə, TFF nəzdində olanları təmizləmiş olacağıq. Ümid edirəm ki, klublar da öz daxilini təmizləyər və bu iş həm baş prokurorluğun, həm də bizim üzərimizdə qalmaz".

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->