Xəbər lenti

İsveç və Fin diplomatlar Navalnının məhkəməsinə gəldilər
Dünya 11:52 20.02.2021

İsveç və Fin diplomatlar Navalnının məhkəməsinə gəldilər

Moskvanın Babuşkinski Məhkəməsində Aleksey Navalnının iki şənbə məhkəməsi İsveç və Finlandiya diplomatları tərəfindən izləniləcək. 

Qaynarinfo xəbər verir ki, onlar artıq məhkəmə binasına gəliblər. Polşa və Litvadan da diplomatlar da məhkəməyə gəlib.

Qeyd edək ki, Rusiya müxalifət lideri Aleksey Navalnı bu gün öz iştirakı ilə iki iclasın keçiriləcəyi  Babuşkinski məhkəməsinə aparılıb. O, "İv Roşe” işində şərti cəzasının real cəzaya çevrilməsinə qarşı şikayəti və veteran İqnat Artemenkoya qarşı böhtan işi ilə bağlı məhkəmə iclaslarında iştirak edəcək.

Məhkəmə salonunda jurnalistlərə Navalnının fotosunu çəkməyə icazə verilsə də, video çəkiliş qadağan edilib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->