Xəbər lenti

İvanka Trampla bağlı qalmaqallı iddia
Dünya 14:32 20.11.2018

İvanka Trampla bağlı qalmaqallı iddia

ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp barədə qalmaqallı iddia ortaya atılıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Evdə müşavir kimi işləyən İvankanın iş yazışmaları üçün şəxsi email adresindən istifadə etdiyi, yüzlərlə e-poçt göndərdiyi bildirilir. İvanka Tramp məsələ ilə bağlı açıqlama verməyib, lakin onun vəkili Peter Miricanyan işə başladığı ilk dövrlərdə İvankanın qaydaları bilmədiyi üçün öz email adresindən də istifadə etdiyini deyib.

Qeyd edək ki, 2016-cı il prezident seçkiləri zamanı Donald Trampın əsas rəqibi Hillari Klintonun iş yazışmalarında şəxsi adresindən istifadə etməsi ortaya çıxmış, böyük qalmaqala səbəb olmuşdu.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->