Xəbər lenti

Ekonomiks 12:12 09.10.2019

"Johnson & Johnson" 8 milyard kompensasiya ödəyəcək

ABŞ-ın Filadelfiya ştatının məhkəməsi "Johnson & Johnson" şirkətinin 8 milyard dollar ödəməsi barədə qərar çıxarıb.

Qaynarinfo xəbər verir ki, 26 yaşlı Nikolas Murreyin şirkət əleyhinə qaldırdığı məhkəmə prosesində bu barədə qərar verilib. "Johnson & Johnson" şizofreniya və bipolyar pozğunluğun güclənməsinin qarşısını almaq üçün istehsal edilən "Risperdal" dərmanının kənar təsirləri barədə məlumat verməyib.

Qeyd edək ki, N.Murrey 2015-ci ildə də şirkət əleyhinə iddia qaldırmış və 1,75 milyon dollar kompensasiya almışdı.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->