"Johnson&Johnson" şirkəti 325 milyon dollar təzminat ödəyəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Nyu York Ali Məhkəməsi qərar çıxarıb. Həmin məbləğ Donna Olson və həyat yoldaşına veriləcək. Olson şirkətin məhsullarının onda ağciyər xərçənginə səbəb olduğunu iddia etmiş və "Johnson&Johnson"u məhkəməyə vermişdi.
Qeyd edək ki, ABŞ şirkətinin məhsullarında istifadə etdiyi absest mineralı insanlarda xərçəng xəstəliyinə səbəb ola bilir. Lakin "Johnson&Johnson" uzun illərdir bu maddədən istifadə etmədiyini iddia edir və məhkəmə nəticəsini dəyişmək üçün apellyasiyaya müraciət edəcəyini açıqlayıb.
Gülşən
Şərhlər