Xəbər lenti

Kanada və Səudiyyə arasında diplomatik böhran
Dünya 10:15 06.08.2018

Kanada və Səudiyyə arasında diplomatik böhran

Kanadanın Səudiyyə Ərəbistanının bəzi insan haqqları fəallarını həbs etməsini tənqidi iki ölkə arasında böhrana səbəb olub.

Qaynarinfo xəbər verir ki, Səudiyyə Kanadanın ölkədəki səfiri Dennis Horakı "persona non grata" elan edib və ölkəni tərk etməsi üçün 24 saat vaxt verib. Tənqidə sərt reaksiya verən ərəb ölkəsi həmçinin Kanada ilə bütün ticarət əlaqələrinin dayandırıldığını açıqlayıb və Kanada səfiri Naif İbin Bəndəri geri çağırıb.

Qeyd edək ki, Kanadanın baş naziri Kristia Frilənd və Kanada səfirliyi fəalların həbsini tənqid etmiş və azad edilmələrini tələb etmişdi.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->